Trend Micro şirkətinin təhqiqatçıları bildirirlər ki,internet şəbəkəsində 2 hissəli zərərverici proqram aşkar olunmuşdur,hansı ki, istifadəçilərə Windows 8 əməliyyat sistemini yükləməyi və onu aktivləşdirməyi təklif edir.
Ekspertlərin bildirdiklərinə görə,virusun bir komponenti istifadəçiyə yeniliyi yükləməyi təklif edir,hansi ki istifadəçinin açılan pəncərəsində rus dilində “OK” düyməsini sıxmaq təklif olunur.Virusun 2-ci hissəsi isə özünü əməliyyat sisteminin aktivatoru kimi göstərir.Guya ki,məhsulun kod aktivasiyasını əldə etmək üçün açılan pəncərədə istifadəçiyə göstərilən nömrəyə SMS göndərmək təklif olunur.Beləliklə xakerlər dələduzluluq sxemini reallaşdırırlar.
“Zərərverici proqramın yaradıcıları müvəffəqiyyətə ümid edirlər.İstifadəçilər arasında Windows 8 əməliyyat sisteminin populyarlığını nəzərə alsaq onda bir çox istifadəçilərin arzusu lisenziyaya ödəniş etmədən məhsulu əldə etməkdir” Trend Micro-nun təhqiqatçıları bele iddia edirlər.
© 2011-2024 Bütün Hüquqlar Qorunur