Xəbərlər > Facebook ThreatExchange xidmətini işə saldı.
Facebook kibertəhdidlərlə bağlı informasiyanı bölüşmək istəyən mütəxəsislər üçün yeni ThreatExchange xidmətini işə saldı.
Yeni xidmət sosial şəbəkənin bazasında yaradılıb, lakin, unikal funksionallıqla təchiz olunub və hal-hazırda bir neçə İT şirkətlərdə test rejimində işləyir. Facebook-un nümayəndələri yeni ThreatExchange servisinin boşluqlar və digər təhdidlər barədə informasiya mübadiləsinin asanlaşdırılması məqsədilə istifadəyə verildiyini bildiriblər.
Məlumat üçün bildiririk ki, ilkin test zamanı 4 kənar şirkətin əməkdaşları iştirak edirdi:
1. Pinterest
2. Tumblr
3. Twitter
4. Yahoo
Sosial şəbəkənin nümayəndələri ayrıca olaraq onu da qeyd ediblər ki, hal-hazırki informasiya mübadiləsi üçün olan mövcud alətlər çox qəlizdir və effektiv sayılmır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.cert.gov.az saytına istinad zəruridir.