Axtarış...

Mütəxəsislər njRat troyanının kütləvi aktivliyini qeydə alıblar.

Fidelis Security Systems şirkətinin mütəxəsisləri njRat troyanı ilə həyata keçirilən kiber hücumların sayının kütləvi artdığını qeydə alıblar. Bu gün ki, gün qeyd etmək lazımdır ki, kibercinayətkarlar njRat-ı əsas olaraq miqyaslı hücumları həyata keçirmək üçün istifadə edirlər. Belə ki, daha çox enerji, telekommunikasiya və yaxın şərqin informasiya sistemləri hədəfə alınmışdır.

Fidelis Security Systems-dən bildirirlər ki, bir qayda olaraq njRat troyanı fişinq hücumları yolu ilə yayılırdı. İstifadəçi kompyuterinə düşdükdən sonra cəsus troyan klaviatur kombinasiyaları tutur, veb kameraya daxil olur, istifadəçi adı və şifrələri "oğurlayır."

Bundan əlavə zərərverici proqram kibercinayətkarlara istifadəçinin işçi masasına daxil olmaq, fayl yükləmək, köçürmək və reestrə müvafiq dəyişikliklər edə bilir.

Qeyd etmək istərdik ki, nəhəng antivirus brendləri bu troyanın tam olaraq bütün modifikasiyalarını aşkar etmək gücündə deyildir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur