Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2025-ci ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Noyabr ayı üzrə 28.11.2025-ci il tarixində saat 16:00-da başlanacaq vebinar “Kompüter ekspertizası” mövzusuna həsr olunur. Vebinarda kompüter forensikasının kibertəhlükəsizlik insidentlərinin araşdırılmasında oynadığı əsas rol, rəqəmsal sübutların düzgün toplanması və qorunması, forensika prosesinin əsas mərhələləri və kibercinayət izlərinin hansı artefaktlar üzərindən izlənildiyi, həmçinin forensika sahəsinə yönəlmək istəyənlər üçün tədris imkanları, bu bacarıqların SOC mühitində praktik tətbiqi və sahənin ümumi perspektivləri iştirakçılara çatdırılacaq.
Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar
© 2011-2025 Bütün Hüquqlar Qorunur