Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 26-27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcəkdir. CIDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaqdır.
Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcəkdir.
Tədbir haqqında ətraflı məlumatı əldə etmək və iştirakçı qismində qeydiyyatdan keçmək üçün “CİDC 2023” tədbirinin saytına (https://cidc.gov.az) müraciət edə bilərsiniz.
© 2011-2024 Bütün Hüquqlar Qorunur