Axtarış...

CERT.GOV.AZ yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verdi

Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə Və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlari üçün yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verdi.

 

Elektron Sorğu Sistemi CERT.GOV.AZ-ın elektron xidməti olaraq dövlət orqanlarının KİMM ilə təhlükəsiz informasiya mübadiləsinin təşkili, interaktivliyin artrılması ilə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədi ilə yaradılmışdır. Dövlət orqanları bu sistemdə xüsusi təhlükəsizlik qaydalarına uyğun olaraq qeydiyyatdan keçməklə bu sistemdə özlərinə şəxsi kabinet yaratmış olurlar. Dövlət qurumları sistemdəki şəxsi kabinetlərindən istifadə edərək KİMM ilə kriptoqrafik məlumat mübadiləsində iştirak edir, müvafiq bölmə və prioritetlərə uyğun sorğu açır, təhlükəsizlik bildirişləri və ya xəbərdarlıqlarını xəbərlərdən və ya saytlardan deyil, bir başa Elektron Sorğu Sistemindən əldə edirlər. Elektron Sorğu Sistemi eyni zamanda sorğuların qeydiyyat sistemini mükəmməlləşdirmişdir ki, bu da eyni zamanda gələcəkdə sorğu statistikasına uyğun olaraq problemlərin araşdırılıb qabaqlayıcı tədbirlərin görülməsinə eyni zamanda göstərilən xidmət səviyyəsinin ölçülməsinə və yüksəldilməsinə də öz töhvəsini verəcək.

Yaxın gələcəkdə Elektron Sorğu Sistemi daxilində istifadəçilər üçün informasiya təhlükəsizliyində diqqət edilməsi vacib məqamları əhatə edəcək informasiya, məqalə, izahlı dərslik və videolarla təchiz edilmiş elektron kitabxanalar da istifadəyə veriləcək.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur