Axtarış...

Apple Adobe Flash-ın köhnə versiyalarını “qara siyahıya” salır

    

İstifadəçilərə Adobe Flash plaginlərini yeniləməyə məcbur edirlər. Belə ki, sözü gedən şirkətin yeni təhlükəsizlik üzrə yenilənməsinə görə, Apple-in şirkətinin Safari internet brauzeri istifadəçilərin yenilənməmiş Adobe Flash plaginindən istifadə etməsinə əngəl yaradacaq.
Ötən həftənin sonlarında Apple tərəfindən yayılan bu yenilənmə Adobe-un xakerlər tərəfindən emal etdiyi iki Flash Player boşluğunu qapadığı eyni həftədə buraxmışdır. Bu yenilənmə fevral ayının əvvəlində buraxılan başqa bir Adobe Flash yenilənməsi ilə də əlaqəlidir, bu boşluqdan istifadəçilər Mac əməliyyat sistemindən Firefox və ya Safari ilə zərərverici veb-saytlara daxil olduqda kompüterləri yoluxdurmaq üçün istifadə edilir.
Məşhur Adobe proqram təminatına qarşı tez-tez istifadə edilən eksploitlərə cavab olaraq Apple-ın təqdim etdiyi təhlükəsizlik vasitəsi Safari istifadəçilərinə Flash-i daim yeniləməkdən savayı bir seçim vermir. Apple-dan bildirirlər ki, Safari-də Flash kontentinə baxmağa cəhd etdikdə ‘Blocked Plug-in' bildirişini ekranda əks olunur. Safari istifadəçiləri buradan Flash-in ən yeni və son versiyasını yükləyə biləcəklər. Apple-in Flash üçün təhlükəsizlik yenilənməsi Mac OS X Lion, Mac OS X 10.6 və OS X Mountain Lion istifadəçiləri üçün nəzərdə tutulmuşdur.
 

© 2011-2024 Bütün Hüquqlar Qorunur