Şirkətin proqramçıları Adobe Flash Player, Adobe AIR və Coldfusion məhsullarında olan bir sıra boşluqları aradan qaldırdı.
Adobe-un proqramçıları Flash Player və Adobe Air məhsullarında əvvəlcədən aşkarlanmış bir sıra boşluqları aradan qaldırmışlar. Bundan başqa Coldfusion üçün də təhlükəsizlik yenilənməsi buraxılmışdır. Flash Player-də 2 boşluq aradan götürülmüşdür, hansı ki, kritik statusu almışdır. Onun istismarı nəticəsində hücum olunan sistemə ixtiyari kod icra etmək olurdu. Proqramlar və onların versiyaları olan boşluqlar aşağıdakılardır :
Windows və Mac OS X əməliyyat sistemi üçün Adobe Flash Player 11.9, Linux üçün Adobe Flash Player 11.2, həmçinin Adobe AIR 3.9.
Coldfusion-a gəldikdə isə onda da həmçinin 2 boşluq aşkarlanmış, lakin istifadəçilər üçün heç bir təhlükə yaratmırdı.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi Adobe-un təhlükəsizlik yenilənmələrini yükləməyi tövsiyyə edir.
© 2011-2024 Bütün Hüquqlar Qorunur