Axtarış...

Nemim troyanı izlərini itirir

        

Microsoft Malware Protection Center - in mütəxəsislər bildirirlər ki, TrojanDownloader:Win32/Nemim.gen!A zərərverici proqramını tətqiq etməyə müvəffəq oldular. Bizə məlum olan informasiyaya görə istifadəçinin kompyuterinə düşdükdə zərərverici proqram Virus:Win32/Nemim.gen!A və PWS:Win32/Nemim.A zərərverici fayl komponentlərini yaradır.

Yüklənən zərərvericilərdən biri sistemin icraedici fayllarını yoluxdurur, digəri isə Live Messenger, Google Talk, Google Desktop and Google Notifier kimi elektron poçt və istifadəçi profillərinin sistemdə qalan parollarını "oğurlayır". Zərərvericilər öz məqsədlərinə çatdıqdan sonra TrojanDownloader:Win32/Nemim.gen!A yoluxmuş sistemdə qalan zərərvericiyə aid verilənləri bərpa olmamaq şərtilə pozur.

Bununla belə kibercinayətkarlar həmin zərərvericiləri tətqiq etmək istəyən mütəxəsislərin işlərini əngəlləyirlər. Məlumat olaraq bildiririk ki, Nemim troyanına yoluxan istifadəçilər bütün şifrələrini gecikdirmədən dəyişməlidirlər.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur