Axtarış...

AVG : 90 % lisenziyasız oyunlar tərkibində virus daşıyır.

 

Antivirus şirkəti olan AVG bu günki gün ən populyar olan kompyuter oyunlarını tətqiq etmək qərarına gəlib. Tətqiq etmə prosesində AVG -nin Viruslab Research Group mütəxəsisləri belə bir qənaətə gəliblər ki, demək olar bütün lisenziyasız oyunlar və ya "sındırılmış" yenilənmələr tərkibində virus daşıyır. 

Mütəxəsislərin sözlərinə görə bu günki gün çox istifadə olunan oyunların beşlikləri arasında əsas olaraq World of Warcraft, League of Legends, Runescape, World of Tanks və Minecraft yer tuturlar. Hansı ki, bu auditoriyanın istifadəçi sayı 330 milyon nəfərdən çoxdur. Bəzi oyunçular hətta öz tərəqqilərini artırmaq üçün yeni artefaktlar alır və ya növbəti mərhələyə keçmək üçün müxtəlif üsullarla ödənişlər edirlər. 

Məlumat üçün bildiririk ki, bu oyunlar vasitəsilə kompyuterinizə əhəmiyyətli dərəcədə ziyan vurula bilər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur