Axtarış...

US-CERT HP Laserjet printerlərində olan bekdor haqda məlumat yayıb

Yaranmış boşluq lokal şəbəkədə vacib verilənləri açıq informasiyaya qoyur. US-CERT - dən aldığımız məlumata əsasən yaranan boşluq ilə lokal şəbəkə vasitəsilə bir sıra HP Laserjet printer modellərinə və autentifikasiya prosesini aşaraq şifrələnməmiş informasiyaya da daxil olmaq mümkündür. Bu haqda ekspertlər 11 martda öz təhlükəsizlik üzrə yeniləmələrində bildiriblər.

Ümumi çətinliklə də olsa təhqiqatçılar qurğulara qoşulmaq üçün telnet vasitəsilə və parol olmadan onlarla Laserjet Pro modellərinə qoşulmağın mümkünlüyünü də bildiriblər. Hal-hazırkı boşluğu aşkar edən təhqiqatçı Kristof fon Vittix öz şirkətinə məxsus şəbəkənin planlı yoxlamasında qeyd edir ki, bu boşluq DDoS hücumları həyata keçirmək üçün istifadə oluna bilər. HP şirkətinin mütəxəsislərinə təhlükəli boşluq haqda məlumatlar göndərilib.

© 2011-2024 Bütün Hüquqlar Qorunur