Axtarış...

RİM Blackberry Enterprise Serverdə olan boşluğu aradan qaldırdı

   

Şirkətin nümayəndələri bütün administratorlara yeni buraxılmış Blackberry Enterprise Server üçün olan yenilənməni yükləməyi məsləhət görür. Research in Motion şirkəti Blackberry Enterprise Serverlərində aşkarlanan boşluqları aradan qaldırmaq üçün yenilənmə buraxıb. Qeyd etmək istərdik ki, aşkar olunan problem TİFF şəkil formatının Blackberry smartfonlarında görüntü zamanı meydana çıxırdı. Belə ki, bu boşluq xaker üçün sistemə müxtəlif kodları daxil etmək imkanı verəcək. Research in Motion şirkəti bu boşluğa yüksək təhlükəlilik reytinqi təyin edib. RİM - dən bildirirlər ki, yaranan boşluqla əlaqədar istifadəçilər arasında heç bir insident baş verməmişdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur