XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

6 May 2023

 

Cari ilin 6 may tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş və əziz xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulmuş, çiçəklər düzülmüşdür.

Daha sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir dahi liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Ümümmilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi daima Ulu Öndərin diqqət mərkəzində olmuş və yüksək nailiyyətlər əldə olunmuşdur. Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə, ömrünü öz xalqına həsr etdiyi və onun Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı xüsusi vurğulanmışdır. Çıxışının sonunda general-leytenant İlqar Musayev ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin Umummilli Liderin siyasətini uğurla davam etdirdiyini və apardığı müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyduğunu, işğal altında olan torpaqlarımızın məhz onun rəhbərliyi altında azad edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş film nümayiş etdirilmişdir.

Sonda, Xidmət rəisi İlqar Musayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini və bu münasibətlə Xidmətdə il ərzində bir sıra silsilə tədbirlərin həyata keçiriləcəyini qeyd etmişdir.