Axtarış...

XRİTDX tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam etdirilir

XRİTDX tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam etdirilir

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq cari ilin 29 aprel tarixində Xidmətin texniki mərkəzində Azərbaycan Texniki Universitetində informasiya təhlükəsizliyi sahəsində bakalavr və magistr pillələrində təhsil alan xüsusi fərqlənən tələbələr arasında sahə üzrə qiymətləndirmə testi keçirilmişdir.

Çıxış edənlər bu kimi tədbirlərin keçirilməsinin tələbələrin praktiki təcrübəsi və dünyagörüşü, eləcə də kibertəhlüləsizlik sahəsinin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamış, tələbələrə uğurlar arzulamışdır.

Qeyd edək ki, qiymətləndirmə testində iştirak edən tələbələr sertifikatlarla, qaliblər isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təqaüdlə mükafatlandırılacaqdır.

© 2011-2024 Bütün Hüquqlar Qorunur