XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > XRİTDX ilə Rumıniyanın Kibertəhlükəsizlik Milli Kiberdirektorluğu arasında kibertəhlükəsizlik sahəsində anlaşma memorandumu imzalanmışdır

27 Apr 2023

 

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Respublikasına işgüzar səfəri çərçivəsində nümayəndə heyəti Rumıniyanın Kibertəhlükəsizlik Milli Kiberdirektorluğunun rəhbəri cənab Dan Cimpean və digər rəsmilərlə görüşlər keçirmiş, gələcək mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etmişlər.

Səfər zamanı XRİTDX-ın rəisi general-leytenant İlqar Musayev ilə Rumıniya Respublikasının Kibertəhlükəsizlik Milli Kiberdirektorluğunun rəhbəri cənab Dan Cimpean arasında tərəflərin kompüter insidentlərinə qarşı mübarizə komandalarının (CERT) birgə fəaliyyətinin gücləndirilməsi, kibertəhdidlərlə mübarizə, kibertəhlükəsizlik insidentləri barədə məlumat və təcrübə mübadiləsinin təşkili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.