Axtarış...

XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında memorandumu imzalanmışdır

XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında memorandumu imzalanmışdır

 

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Respublikasına işgüzar səfəri çərçivəsində nümayəndə heyəti Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutununun rəhbəri Dr. Adrian Viktor Vevera və digər rəsmilərlə görüş keçirmişlər. Daha sonra nümayəndə heyəti institutun fəaliyyət istiqamətləri, müəllifi olduğu elmi, texniki-texnoloji həlləri ilə tanış olmuş, gələcək mümkün əməkdaşlıq istiqamətlərini İnstitutunun rəhbərliyi ilə müzakirə etmişdir.


Səfər zamanı XRİTDX-ın rəisi general-leytenant İlqar Musayev və Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutununun rəhbəri Dr. Adrian Viktor Vevera arasında kibertəhlükəsizlik sahəsində siyasət və inkişaf strategiyası, kiber diplomatiya, bulud həllərinin təhlükəsizliyi, əşyaların interneti, ağıllı şəhər konsepsiyalarında kibertəhlükəsizlik, "big data", yüksək səviyyəli domen sistemlərində "blockchain" tətbiqi, süni və artırılmış intellekt sahələrində birgə tədqiqatların aparılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur