Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib

 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev tərəfindən təsdiq edilmiş plana uyğun olaraq bu istiqamətdə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bununla əlaqədar, cari ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. XRİTDX kollektivi Heydər Əliyev mərkəzində Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmiş guşə və muzey eksponatları ilə yaxından tanış olmuşlar. Mərkəzin əməkdaşı tərəfindən ziyarətçilərə ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətləri, zəngin həyat yolu və fəaliyyəti haqqında geniş məlumat verilmişdir.

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur