Xəbərlər > “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4 SİM texnoloqiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4 SİM texnoloqiyaları və bulud həlləri” mövzusunda keçirilən tədbirdə iştirak etmişlər
Cari ilin 13 mart tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Türkiyənin “Bulutistan” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov “İnformasiya Təhlükəsizliyi. Dövlət qurumlarında bulud həlləri” mövzusunda təqdimat ilə çıxış etmiş, bulud həllərinin təhlükəsizliyindən danışmış, dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı statistil göstəricilər barədə ətraflı məlumat vermişdir.