XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Diqqət! "Azərpoçt" adından dələduzluq

9 Yan 2023

Diqqət! "Azərpoçt" adından dələduzluq məqsədi ilə yenidən saxta saytların yaradıldığı aşkarlanmışdır:
hxxp://w.praiseplaintiff.cn/azerpostaz/
hxxps://sbphnz.cyou/1ugBk50I/azerpostaz/

Bu dəfə dələduzlar "sual-cavab nəticəsində Azərpoçtdan 600 manat qazanmaq imkanı" adı ilə şirnikləndirici saxta kampaniya başlatmışlar. Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaq, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam edilən kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar. Bu kimi kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün Xidmətimizinin CERT Mərkəzinə məlumat verə bilər.