XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > 78 dövlət qurumu özünün daxili informasiya təhlükəsizliyi təlimatını təsdiq etmişdir.

7 May 2022

Ötən il İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumatlılığının artırılması məqsədi ilə nümunəvi informasiya təhlükəsizliyi təlimatı hazırlamış, həmçinin bu təlimatın dövlət qurumlarının hər birinin öz fəaliyyət istiqamətinə uyğunlaşdırması və tətbiq olunması üçün onlara metodiki yardım göstərmiş, onlara xüsusi təlimlər keçirmişdir. Hazırda 78 dövlət qurumu Komissiyanın tövsiyyəsinə uyğun olaraq özünün daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayıb təsdiq etmişdir.

 589news