Axtarış...

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Görüşdə Xidmətin rəisi səlahiyyətlərini icra edən general-leytenant Mürsəl Vəliyev dövlət qurumlarına müasir tipli xüsusi rabitə xidmətlərinin göstərilməsi və informasiya təhlükəsizliyini təmin edilməsi, eləcə də Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi Koordinasiya Komissiyasının gördüyü işlər haqda qonaqlara ətraflı məlumat verdi. Xidmətin səlahiyyətləri çərçivəsində Azərbaycan rəqəmsal transformasiyasının həyata keçirilməsinə öz töhfələrini verəcəyini görüş iştirakçılarınını diqqətinə çatdırdı.

Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç Türkiyədə rəqamsal tranformasiya sahəsində görülən işlərdən, ölkə strategiyasından və qurumun sahə üzrə gələcək planlarından danışdı. O, həmçinin hazırda qurumun üzərində çalışdığı “Süni intellekt”, “Türk Beyin Layihəsi”, "81 bölgədə 81 Kiber Qəhrəman" və digər layihələrindən danışaraq informasiya təhlükəsizliyi sahəsi üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu və sahə üzrə hər cür birgə əməkdaşlığa və birgə layihələrə dəstək verə biləcəklərini açıqladı. Çıxışının sonunda Ali Taha Koç Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarını 21-26 sentyabr 2021-ci il tarixlərində Türkiyədə keçiriləcək Texnofest Texnologiya Festivalına dəvət etdi.

Görüşün sonunda hər iki tərəfdən nümayəndə heyəti rəhbərləri birgə əməkdaşlığın davamlı olmasında maraqlı olduqlarını bildirdilər.

© 2011-2024 Bütün Hüquqlar Qorunur