Axtarış...

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 44 günlük Vətən Müharibəsində xüsusilə fərqlənən əməkdaşlarına verilən orden və medalların təqdimatı keçirilmişdir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 44 günlük Vətən Müharibəsində xüsusilə fərqlənən əməkdaşlarına verilən orden və medalların təqdimatı keçirilmişdir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 44 günlük Vətən Müharibəsi dövründə istər ön cəbhədə hərbi hissələrin döyüş əməliyyatları üçün son dərəcə əhəmiyyətli olan rabitə əlqələrinin yaradılmasında, istərsə də arxa cəbhədə dövlət informasiya resurslarına olan kiberhücum cəhdlərinin qarşısının alınmasında xüsusilə fərqlənən əməkdaşlarına Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə verilən orden və medalların təqdimatı keçirilmişdir. 

Tədbirdə çıxış edən Xidmətin rəisi vəzifəsini müvəqqəti icra edən general-leytenant Mürsəl Vəliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən, qısa müddət ərzində Azərbaycan Ordusunun 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın  azad etməsindən danışdı. Çıxışında qeyd etdi ki, Azərbaycan Ordusu arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusunu darmadağın etmiş, Vətən müharibəsində Ordumuzun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Daha sonra orden və medallar təqdim edilmişdir.

 “Vətənə xidmətə görə” ordeni ilə:

Əhədov Azər Tahir oğlu  - polkovnik

İsmayılov Anar Müslüm oğlu - polkovnik-leytenant

"Vətən uğrunda" medalı ilə:

Kərimov Ramil Aydın oğlu - mayor

Mehdiyev Seymur Hamlet oğlu - kapitan

Həsənov Elşən Rövşən oğlu - baş leytenant

Əliyev Fərid Əliyoldaş oğlu - baş leytenant

"İgidliyə görə" medalı ilə:

Əsgərov Orxan Elxan oğlu - kapitan

Rzayev Orxan Ədalət oğlu - kapitan

Əlisöhbətov Vasif Radik oğlu - baş leytenant

Ağayev Emin Fəxrəddin oğlu - baş leytenant

Sultanov Zamiq Məhəmməd oğlu  - baş leytenant

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur