XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Şifrələrinizin sızdırılıb-sızdırılmadığını necə yoxlamaq olar ?

30 May 2021

Google Password Checkup xidmətinə malikdir: o, sistemdə saxlanılan şifrələrdə sızmaların olub-olmadığını yoxlayır. Orada böyük baza var - 4 mlrd-dən (!) çox istifadəçi. Əgər sizdə nə isə sızıbsa, çox güman ki, xidmət artıq bu barədə bilir. passwords.google.com ünvanı ilə keçid edərək, "Parolları yoxla" ("Check Passwords") düyməsinə basın və şəxsiyyətinizi təsdiq edin. Siz yalnız sızdırılımış şifrələri deyil, hələ də təhlükəsizlikdə olanları da görəcəksiniz. Daha bir əla imkan: Google təkrarlanan və sadə şifrələri göstərəcək ki, siz onlara diqqət yetirib dəyişəsiniz.