Axtarış...

Blacklist.gov.az layihəsinin yeni təkmilləşdirilmiş və daha funksional versiyası istifadəyə verildi.

Blacklist.gov.az layihəsinin yeni təkmilləşdirilmiş və daha funksional versiyası istifadəyə verildi.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yaradılmış "Blacklist.gov.az" layihəsinin yeni təkmilləşdirilmiş və daha funksional versiyası istifadəyə verildi. Layihənin məqsədi ölkəmizdə son zamanlar artan online dələduzluq və kibertəhdidlərə qarşı mübarizəni gücləndirmək, kiberdələduzluq və kibertəhücumlarda istifadə olunan domen adlarını toplamaqla ifşa etmək, eləcə də sistemə inteqrasiya edilmiş veb-bələdçilər üçün qoruyucu genişlənmə (extension), API inteqrasiya imkanları vasitəsi ilə internet istifadəçilərini qorumaqdır.

Üç dildə (azərbaycan, ingilis, rus) istifadəyə verilən "Blacklist.gov.az" layihəsində bir sıra yeniliklər təqdim olunmuşdur.

Belə ki, yeni versiyaya "Google Chrome" və Microsoft Edge veb-bələdçilər üçün qoruyucu genişlənmə (extension), API inteqrasiya imkanı, qara siyahının birbaşa Əməliyyat Sisteminə (hosts faylı) və şəbəkə perimetrinin müdafiəsi üçün nəzərdə tutulmuş avadanlıqlara inteqrasiyası və s. kimi funksionallıqlar əlavə olunmuşdur.

Həmçinin, internet istifadəçilərinə də onlar tərərfindən özlərinin aşkarladıqları zərərverici və ya dələduzluq məqsədi üçün istifadə olunan resursların sistemə daxil edə bilməsi üçün funksionallıq aktivləşdirilmişdir. Bu yanaşma istifadəçilərdən toplanacaq zərərli keçidlər "bloklist" bazasında toplanacaq və yuxarıda göstərilən "extension" və "APİ" imkanları istifadə edilən bütün internet istifadəçilərində avtomatik olaraq həmin zərərli domenlərə keçidlər bloklanmış olacaqdır. Bu da öz növbəsində ictimai əsaslarla layihənin inkişaf etdirilməsi yolu ilə istifadəçilərin mümkün təhdidlərdən qorunmasına öz töhfəsini verəcəkdir.


Bu sistemdən və onun qoruma imkan və mexanizmlərindən xəbərsiz olan bütün vətəndaşlarımızı qorumaq məqsədi ilə "blacklist" məlumat bazasında toplanacaq kibertəhdid və kiberdələduzluq məqsədi ilə istifadə olunmuş domenlərin ölkəyə internet girişinin təmin olunduğu nöqtələrdə də bloklanması mexanizmləri yaxın gələcəkdə aidiyyəti strukturlarla birgə işlənəcəkdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur