XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Yenilənmiş WWW.GOV.AZ elektron informasiya ehtiyatı istifadəyə verildi

12 Yan 2021

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi www.gov.az elektron informasiya ehtiyatının yeni təkmilləşdirilmiş versiyasını istifadəyə verdi. Hazırda GOV.az zonası üzrə domen axtarışlarının və informasiya təminatının daha da təkmilləşdirildiyi, yeni interfeys dizaynı ilə tərtib edilmiş vebresurs, həm də qurumların öz əlaqə vasitələrini və domen kataloqu üzrə yerləşmə yerini redaktə edə biləcəyi daha interaktiv platformaya çevrilmişdir.

https://www.gov.az/