Axtarış...

Google Docs - da ciddi boşluq aşkarlanıb.

Google Docs - da ciddi boşluq aşkarlanıb.

  “Sreeram KL” adlı təhlükəsizlik üzrə tədqiqatçı “Google Docs” proqramı sənədlərində təhlükəli boşluq aşkarlayıb. Bununla bağlı tədqiqatçının “Geeky Cat” adlı bloqunda deyilir. Belə ki, ekspertin sözlərinə görə, boşluq istifadəçilərə ekran görüntülərini avtomatik olaraq rəylərə və səhvlər haqqında hesabatlara əlavə etməyə imkan verən əks-əlaqə alətində mövcud olub. Haker tərəfindən ekran görüntülərinin “Google” serverlərinə göndərilməsi zamanı aşkarlanan boşluq məxfi sənədlərdəki şəkilləri asanlıqla ələ keçirə bilib. “Sreeram KL” səhv barədə “Google” şirkətini məlumatlandırdıqdan sonra boşluq operativ şəkildə aradan qaldırılıb. Bundan başqa, şirkət tərəfindən təhlükəsizlik üzrə tədqiqatçıya mükafat qismində 3,1 milyon dollar ödənilib.

© 2011-2024 Bütün Hüquqlar Qorunur