Axtarış...

Bəzi internet istifadəçiləri spam hücumlarına məruz qalıb.

Bəzi internet istifadəçiləri spam hücumlarına məruz qalıb.

  Dünyanın bütün internet istifadəçiləri fırıldaqçıların hücumuna məruz qalıb. Hücum çoxsaylı spam bildirişlərinin göndərilməsi ilə həyata keçirilib. Bu barədə elektron poçt sistemlərinin təhlükəsizliyi ilə məşğul olan Vade Secure şirkətinin hesabatında deyilir. Belə ki, mütəxəssislərin məlumatına görə, kibercinayətkarlar tərəfindən sistemlərin filtrasiyadan yan keçilməsi üsulu kəşf edildiyindən spam məktubları “Daxil olanlar” qovluğuna düşüb. Belə ki, şirkətlərdən biri bir günə 300-ə yaxın spam bildirişi alıb. Bu, hesab məlumatlarının söndürülməsi və məlumatların ləğv edilməsi ilə nəticələnib. Ekspertlər tərəfindən oxşar hücumlar Fransa, İtaliya, Danimarka və ABŞ-da qeydə alınıb. Şirkət nümayəndələrinin fikrincə, cinayətkarlar “Darknet”də abunə ilə satılan “Email Appender” alətindən istifadə edirlər.

GitHub - vladimirdolzhenko/gflogger: ad-hoc logger for latency critical  applications

  Zərərli proqram təminatı hesab məlumatlarının təsdiqlənməsi və proksi serverlərinin quraşdırılması yolu ilə aşkarlanmadan spam məktubları yaratmağa imkan verir. Proqram elektron poçt serverində avtorizasiyadan keçmək, qurbanın poçtunu açmaq və ona zərərli məlumat əlavə etmək üçün login və parolları seçir. Mütəxəssislər proqramın sadə interfeysə və yayılma modelinə malik olmasını nəzərə alaraq belə hücumların kibercinayətkarlar arasında populyar olacağından ehtiyat edirlər.
 

© 2011-2024 Bütün Hüquqlar Qorunur