Axtarış...

Diqqət! Yeni casus VPN tətbiq aşkar edilmişdir

Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayraq vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur.

Vətəndaşlarımızı CASUSLUQ məqsədi üçün istifadəyə verilmiş növbəti düşmən VPN tətbiqi barədə Xəbərdar etmək istəyirik! Belə ki, SkyVPN adlanan bu tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və cəsusluq üçün də istifadə olunduğunu bir daha isbat edir!
 
CERT.GOV.AZ bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir!

Qeyd olunan keçiddə SkyVPN haqqında digər bir laboratoriyanın tədqiqi ilə tanış ola bilərsiniz: https://www.joesandbox.com/analysis/238456/0/html
 
 
 

© 2011-2024 Bütün Hüquqlar Qorunur