Axtarış...

İstifadəçilərin geolokasiyasının izlənilməsi Google əməkdaşlarını təəcübləndirib.

İstifadəçilərin geolokasiyasının izlənilməsi Google əməkdaşlarını təəcübləndirib.

  İstifadəçi məlumatlarının qanunsuz istifadəsi ilə bağlı Google-a qarşı iddialar artıq bir neçə ildir ki səngimir. Hələ 2018-ci ildə Google Maps və axtarış nəhənginin digər servislərinin (həm iPhone, həm Android cihazlarında) müvafiq funksiya deaktiv olduğu halda belə istifadəçilərin hərəkət tarixçəsini saxladığı barədə məlumatlar var idi. İndi Arizona ştatının prokuroru tərəfindən başladılan məhkəmə araşdırması zamanı korporasiyanın bu hərəkətlərinin hətta Google əməkdaşlarının özləri tərəfindən təəccüblə qarşılandığı məlum olmuşdur. Arizona ştatının hakimiyyəti 2020-ci ilin may ayında Google korporasiyasını məhkəməyə verdi. İddia ərizəsində Google korporasiyasının istehlakçıların hüquqlarına aid yerli qanunları pozduğu göstərilmişdi. Arizona Mirror nəşriyyatında məlumat verildiyi kimi, məhkəmə prosesinin ilkin qeydləri əhəmiyyətli dərəcədə redaktə olunmuşdu. Lakin petisiya sayəsində məhkəmədən bu iş üzrə sənədlərin ilkin şəkildə dərc olunmasına  nail olunmuşdu. Protokolun yeni versiyasında (PDF) Google əməkdaşlarının çatda yazışmaları və elektron məktubları yer alıb. Dərc olunmuş məlumatlara əsasən istifadəçilərin geolokasiyasının izlənilməsi imkanı internet nəhənginin mühəndislərini təəccübləndirib. Google əməkdaşları qeyd edib ki, gelokasiya funksiyasını deaktiv olduqda, korporasiya servisləri istifadəçilərin hərəkətini qeydə almağa davam edib. Bu məsələ yalnız son istifadəçilər arasında deyil, hətta Google işçi heyətində də bu məsələ təəccüblə qarşılanıb.

© 2011-2024 Bütün Hüquqlar Qorunur