Axtarış...

SGAxe —Intel prosessorlarından məlumatların ələ keçirilməsi üçün yeni hücum forması

SGAxe —Intel prosessorlarından məlumatların ələ keçirilməsi üçün yeni hücum forması

  Intel prosessorları yeni hücum forması olan SGAxe qarşı həssasdır. Adından da göründüyü kimi, boşluq SGX- anklavın Software Guard eXtensions) qoruyucu funksiyalarını aradan qaldırır. SGAxe vasitəsilə hücum edən şəxs Intel prosessorlarından vacib məlumatları ələ keçirə bilər. SGAxe, mahiyyətcə, tədqiqatçıların yanvar ayında məlumat verdiyi CacheOut (L1D Eviction Sampling adı ilə də tanınır) hücum formasının daha təkmil versiyasıdır. Hücum zamanı CacheOut (CVE-2020-0549) istifadə edən lokal imtiyazlara malik cinayətkar çıxışının olmadığı vacib məlumatları ələ keçirə bilər. Öz növbəsində, SGAxe Intel anklavlarından SGX açarlarını ələ keçirməyə imkan verir. Nəticədə hücum edən şəxs əməliyyatlarını kompüterdə qanuni fəaliyyət adı altında gizlədə bilər.

Problemi aşkar edən tədqiqatçılar SGAxe istismar prosesinin nümayiş etdirildiyi videoçarx hazırlayıb:

  

© 2011-2024 Bütün Hüquqlar Qorunur