Axtarış...

COVID-19 virusu ilə əlaqəli hər gün minlərlə ziyanverici sayt yaradılır.

COVID-19 virusu ilə əlaqəli hər gün minlərlə ziyanverici sayt yaradılır.

   Hakimiyyətin sponsorluq etdiyi kibercinayətkarlar, həmçinin adi dələduzlar yeni koronavirus (COVID-19) mövzusundan sui-istifadə etməyə davam edir. Kiber təhlükəsizlik sahəsində ekspertlər yeni ziyanverici kampaniyaların heç də ürəkaçan olmayan siyahısını təqdim edib. Mütəxəssislərin sözlərinə görə, son həftələr ərzində COVID-19 virusu ilə əlaqəli on minlərlə ziyanverici sayt aşkarlanıb. “Minlərlə belə domen hər gün yaradılır” – deyə analitiklər qeyd edib. Bu resurslar fişinq hücumlar, dələduzluq sxemləri, ziyanverici proqramların quraşdırılması kimi bir sıra qanunsuz işlərdə stifadə olunur. “Fevral ayından etibarən “koronavirus”, “COVID19”, “COVID”, “pandemiya”, “vaksin”, “virus” kimi açar sözləri ehtiva edən minlərlə yeni domenin yaradıldığını müşahidə edirik. Cinayətkarların bu fəallığını müşahidə edən tədqiqatçılardan biri DustyFresh olub. Onun statistikası Twitter-də yerləşdirilib.

Bundan əlavə, ekspertlər COVID-19 virusu ilə əlaqəli martın 14-dən 18-dək yaradılan ziyanverici domenlərin siyahısını dərc edib.

© 2011-2024 Bütün Hüquqlar Qorunur