İtaliyadan olan proqramçılar informasiyanı oğurlayan yeni iltelektual zərərverici proqram yaratmışdırlar. Güman edilir ki, bu virus xüsusi araşdırmalar və cəsusluq üçün istifadə edilir. Hal-hazırda Symantec şirkətinin mütəxəsisləri tərəfindən aşkar olunan yüksək intelektli OSX.Crisis və W32.Crisis virusları Windows və Mac OS əməliyyat sistemində işləyən kompyuterləri hətta Windows Mobile ilə işləyən mobil qurğulara zərər yetirir. Təhqiqatçılar qeyd edirlər ki, bu zərərverici proqram eyni zamanda bir çox istiqamətdə yoluxma və informasiya itkisi sxemindən istifadə edir. Bundan əlavə onlar virtual maşınlara da daxil olurlar əgər virtual maşınlar həmin kompyuterdə mövcuddursa.
© 2011-2024 Bütün Hüquqlar Qorunur