Axtarış...

1 milyarddan artıq sosial şəbəkə istifadəçisinin məlumatlarına açıq giriş olub.

1 milyarddan artıq sosial şəbəkə istifadəçisinin məlumatlarına açıq giriş olub.

Aşkar olunan verilənlər bazasında Facebook, Twitter, LinkedIn və Github istifadəçilərinin şəxsi məlumatları ilə ümumilikdə 1,2 mlrd uçot qeydi var.

Təhlükəsizlik sahəsində amerikalı tədqiqatçı Vinni Troya (Vinny Troia) 4 TB-dan artıq məlumatı ehtiva edən əlçatan verilənlər bazası aşkar edib. Verilənlər bazasına Facebook, Twitter, LinkedIn və Github kimi sosial şəbəkələrin yüz milyonlarla istifadəçi hesablarından məlumatları, o cümlədən 50 mln telefon nömrəsi, 622 mln unikal elektron poçt ünvanı və əmək tarixçəsindən qeydləri ehtiva edən ümumilikdə 1,2 mlrd uçot qeydi daxildir. Bazada ödəniş kartlarının parol və nömrələri və ya sosial sığorta nömrələri aşkar olunmayıb.

Wired verdiyi məlumata əsasən verilənlər bazası Google Cloud Services-də yerləşir və istəyən hər kəs ona çıxış əldə edə bilər. Hal-hazırda servisə şəxsi məqsədlərlə çıxışın əldə olunub-olunmadığı məlum deyil. Troya aşkar etdiyi məlumat barədə FTB-nu məlumatlandırıb və bir neçə saat sonra server deaktiv edilib. FTB vəziyyəti şərh etməkdən imtina edib.

Baza dörd verilənlər dəstindən ibarətdir. Onlardan üçünün adı “People Data Labs” amerikalı verilənlər brokerinə işarə edir, lakin şirkətin həmtəsisçisi Şon Torn (Sean Thorne) öz bəyanatında aşkar olunan serverin PDL-ə məxsus olmadığını qeyd edib. Bu qədər geniş verilənlər bazasının sahibi və məlumatlara açıq girişin necə əldə olunduğu məlum deyil.

© 2011-2024 Bütün Hüquqlar Qorunur