Axtarış...

Skype end-to-end şifrlənməsi ilə qorunacaq.

Skype end-to-end şifrlənməsi ilə qorunacaq.

Skype proqramı end-to-end şifrələmə sistemini tətbiq edib. Konfidensial ünsiyyətə başlamaq üçün müvafiq istifadəçinin profilini açmaq və New Private Conversation seçmək lazımdır. Həmsöhbət göndərilmiş dəvəti qəbul etdikdən sonra, bütün mətn mesajları, fayllar, audioyazılar, səsli və videozənglər  şifrlənəcəkdir. Belə ki, bu həftədən başlayaraq yeni funksiya iOS, Android, Linux, MacOS və Windows sistemlərində əlçatan olacaqdır. Lakin bəzi məhdudiyyətlər var: istifadəçilər bir qurğuda yalnız bir şifrələnmiş söhbətdə iştirak edə bilər. Məsələn, istifadəçi smartfondan kompüterə keçmək istədikdə, bütün göndərilmiş və qəbul edilmiş məlumatlar konfidensial ünsiyyət aparılmış qurğuda yadda saxlanılacaqdır.


 
End-to-end şifrələməsi əlaqənin müdafiəsi üçün ən təhlükəsiz  üsullarından hesab edilir. Skype sisteminin təhlükəsizlik sistemi Siqnal protokolunun köməyi ilə unikal təhlükəsizlik açarlarının generasiyasına əsaslanır. Açarların əslliyi istifadəçi tərəfindən yoxlanılır ki, bu da mesajların üçüncü şəxslər tərəfindən ələ keçirilməsini qeyri-mümkün edir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur