Cisco Talos-un mütəxəssisləri Windows əməliyyat sistemi ailəsinin optimallaşması və “təmizlənməsi” üçün nəzərdə tutulmuş məşhur Ccleaner tətbiqetməsi ilə əlaqəli xoşagəlməz insident haqda xəbərdarlıq ediblər. Tədqiqatçıların məlumatlarına görə, naməlum xakerlər 15.08.2017-ci ildən 12.09.2017-ci ilədək tətbiqetməyə nüfuz edərək Floxif troyanını yaymağa müvəffəq olublar. Mütəxəssislər bildirirlər ki, CCleaner 5.33-ün rəsmi versiyası ilə tanış olarkən tətbiqetmənin şübhəli domen ilə əlaqələndiyini müşahidə ediblər. Məlum oldu ki, buna yanlnız 32 bitlik sistemdə inzibatçı uçot qeydi ilə işləyən Floxif troyanı məsuliyyət daşıyır. Troyan, yoluxmuş kompüter haqqında (sistem haqqında informasiya, işə salınmış proseslər, şəbəkə qurğularının MAC ünvanları və s.) bütün məlumatları toplayır və onları xakerlərə məxsus serverə yollayır. Bununla da 2,27 milyon istifadəçinin şəxsi məlumatları xakerlərin əlinə keçib.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yoluxub yoluxmamağınızla bağlı aşağıdakı tövsiyyəni edir:
Reestrdə HKEY_LOCAL_MACHINESOFTWAREPiriformAgomo taparaq MUID və TCID elementlərinin mövcudluğunu yoxlamaq lazımdır. Əgər tapsanız bu Floxif yoluxmasının əlamətidir.
© 2011-2024 Bütün Hüquqlar Qorunur