Axtarış...

Yeni Trojan.Winlock xarici istifadəçiləri hədələyir

Yeni Trojan.Winlock xarici istifadəçiləri hədələyir

“Doctor Web” şirkətinin mütəxəsisləri Trojan.Winlock ailəsinə aid yeni troyan Trojan.Winlock.7372 yayıldığını bildirib.Digər blok edən troyanlardan onunla fərqlənir ki,özündə hər hansı bir mətn və ya qrafik görüntü saxlamır,onu yoluxmuş kompyuterdən şəbəkəyə yükləyir. Trojan.Winlock.7372 əsəs hədəf olaraq xarici istifadəçiləri seçib.Bütün lazımi elementləri Trojan.Winlock.7372 məsafəli serverdən yükləyir.Yoluxmuş kompyuterə buraxılandan sonra Trojan.Winlock.7372 özünü sistem reestrinə yükləyir,proqramların avtomatik işə başlanmasını və bundan sonra axtarışın sonsuz dövrünü işə salır.Bunlar arasında – Tapşırıqlar dispetçeri,əmrlər sətiri,Bloknot,reestrin redaktə olunması,brauzerlərdən isə Microsoft Internet Explorer, Google Chrome, Firefox, Opera və s. göstərmək olar.Sonra Trojan.Winlock.7372 tam ekranlı görünməyən pəncərə yaradır,hansı ki xakerə məxsus saytın veb səhifəsində əməliyyat sisteminin blokdan açılması üçün olan ödəniş tələbini yükləyir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur