Axtarış...

XƏBƏRDARLIQ ! Şifrələrinizi təcili yeniləyin

XƏBƏRDARLIQ ! Şifrələrinizi təcili yeniləyin

 Gmail, Yahoo Mail, Hotmail və digər elektron poçt xidmətlərinin istifadəçilərinin şifrələri ələ keçirilib.

İnternetdə on milyonlarla istifadəçinin məlumatları yayılıb. Oğurluğun olduğunu ortaya çıxaran isə "Hold Security" firmasıdır. Firmanın etdiyi analizlərə görə, yayılan məlumatlarda 272 milyon fərqli istifadəçinin ad və şifrələri var. Bunların 42 milyon yarımı daha öncə etibarlılığı yüksək olan hesablardır.

"Hold Security" şirkətinin rəhbəri Aleks Xolden xakerlərin həmin məlumatları bir dollara satdığını və ya pulsuz verdiyini öyrənib. Xakerin qarşılıqsız olaraq həmin hesabları yayması isə hadisəni daha da qəlizləşdirib.

Ələ keçirilən hesablar arasında 57 milyon Mail.ru, 40 milyon Yahoo Mail, 33 milyon Hotmail, 24 milyon Gmail hesabı var. Mail.ru şirkəti isə açıqlamasında hesabları nəzarətə götürdüyünü və sahiblərinə xəbərdarlıq etdiyini deyib. Microsoft, Google və Yahoo isə hələ də vəziyyəti araşdırır.

© 2011-2024 Bütün Hüquqlar Qorunur