XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Wordpress susmaya görə HTTPS istifadə edəcək.

11 Apr 2016

 Bundan sonra Wordpress bazasında olan bütün saytlar trafikin şifrələnməsi və istifadəçilərlə resurs arasında verilənlər mübadiləsinin qorunması üçün susmaya görə HTTPS protokolu istifadə edəcəklər. 2016-cı ilin aprel ayına olan statistikasına əsasən hal-hazırda bütün CMS-lərin 26.3 % -i Wordpress istifadə edir. Sistem mühəndisi Barri Abrahamsonun sözlərinə görə yenilənmə avtomatik olacaq və sayt inzibatçılarının hər hansı əlavə addım atmasına ehtiyac olmayacaq.

Şirkətin əməkdaşının sözlərinə görə, bütün SSL sertifikatlar Let`s Encrypt layihəsi çərçivəsində ödənişsiz veriləcəkdir. Ötən ilin dekabr ayından qeyd olunan layihə çərçivəsində 100000 – dən çox sertifikat verilmişdir.