Axtarış...

Almaniya hökuməti vətəndaşları İnternet Explorer-dən istifadə etməməsi üçün xəbərdalıq edib

Almaniya hökuməti vətəndaşları İnternet Explorer-dən istifadə etməməsi üçün xəbərdalıq edib

Almaniya İnformasiya Təhlükəsizliyi Federal İdarəsi (BSI) vətəndaşları Microsoft-un İnternet Explorer sıfır-gün ziyanverici (malware) xarakterli qüsuru üçün növbəti yamaq (patch) çıxana qədər, İnternet Explorer-dən istifadə etməmələri üçün xəbərdarlıq edib.

Microsoft qüsurun mövcud olduğunu təsdiqləyib2757760 nömrəli tövsiyyəsini təqdim edib. Tövsiyyədə qüsurun İnternet Explorer 9 versiyası və ya ondan aşağı olan versiyların istifadəçilərini əhatə edir. Təklif ActiveX idarəetməsini və ya skriptini blok etmək və ya fəaliyyətini dayandırmaqdır ki, buda potensial istifadəyə mənfi təsir edir.

Şirkət hələdə yamaq (patch) üzərində işlərini davam etdirir. İstifadəçilər həmçinin Qüsuru azaltmaq üçn xüsusi alətpanelini endirə bilər.

Bu artıq birinici dəfə deyil ki, Almaniya İnformasiya Təhlükəsizliyi İdarəsi vətəndaşlara İnternet Explorerdə yaranmış boşluqların və ya qüsurların aradan qaldırılana qədər istifadə edilməməsini və alternativ variantlardan istifadəni tövsiyyə edir.

Almaniya İnformasiya Təhlükəsizliyi İdarəsi əvvəllər də boşluq olan programlar bardədə o cümlədən IE 2010-nın 6,7 və 8-ci versiyaları daxil olmaqla xəbərdarlıqlar etmişdir. Bu hadisə vaxtı Fransa Hökuməti də oxşar qərarla çıxış etmişdir.

Yaxın günlərdə Almaniya İnformasiya Təhlükəsizliyi İdarəsi istifadəçiləri I-Phone təhlükəsizliyinə görə də xəbərdarlıq etmişdir. 

AlienVault-un sözlərinə görə son IE qüsuru PlugX RAT troyanı ilə pro-Tibet kompaniyasını hədəfləyən Çin kiber cinəyatkarları ilə bağlantılıdır. 

Təsadüfi deyil ki, keçən həftə şirkət bu ziyanvericini (malware) Çinli programçının adıyla hallandırdı və bu troyanın ölkədə siyasi məqsədlər üçün yaradıldığı qeyd olundu.

 

 

Mənbə: Techworld News

© 2011-2024 Bütün Hüquqlar Qorunur