Gündəlik milyonlarla spam məktub göndərmək qabiliyyətinə malik olan böyük global botnet şəbəkəsi, ABŞ, Britaniya və Rusiya təhlükəsizlik expertləri tərəfindən zərərsizləşdirildi.
Kaliforniya FireEye təhlükəsizlik şirkətindən expert Atif Mushtaq-in sözlərinə görə - Grum botnet adlandırılan və yoluxmuş kompüterlərdən istifadə edərək onların bazasında avtomatik spam məktublar yaradan bu sistem nəhayət ki, zərərsizləşdirildi.
Zərərsizləşdirilən sistem FireEye, Britaniya əsaslı Spamhous Proyekti və Rusiya əsaslı CSİRT olan CERT-GİB-in müştərək işlərinin nəticəsi olmuşdur.
Mushtangın sözlərinə görə bütün əmrlər və idarəedici serverlərin öz zombi komputerləri ilə əlaqələri kəsilərək zərərsizləşdirilmişdir.
O, eyni zamanda qeyd etdi ki, araşdırmacılar ilk öncə cəmiyyətin təzyiqi ilə Hosting firmanın əvvəlcə Hollandiyada daha sonra isə Panamada işini dayandırmağa məcbur olduğu serverlərinin zərərsizləşdirilməsi ilə məşğul olmuşdur.
Amma daha sonra Panamadakı serverlər zərərsizləşdirildikdən sonra spam əməliyyatları yeni serverlərə Ukrainaya köçdü.
Ukraina bot serverlərin yerləşdirilməsi üçün əla zəmin idi və orada olan bot serverləri zərərsizləşdirmək heç vaxt asan olmamışdır.
Amma Spamhaus və CERT-GİB və “Anonim Kəşfiyyatçı”-nın köməyi ilə Ukrainada yerləşən bütün 6 server və Original Rusiya server i 21 İyula zərərsizləşdirildi.
Expertlərin sözlərinə görə botnetlər 120.000 yoluxmuş zombi kompüterdən gündəlik spamların göndərilməsi üçün istifadə edirdi.
Bu əməliyyatdan sonra yoluxmuş komputerlərin sayı 21.505-ə qədər azaldı. Expertlərin sözlərinə görə botnetlər üzərindən göndərilmiş sonuncu əmrlərin yerinə yetirilmə müddəti bitdikdən sonra qalan 21.505 zombi computer də zərərsizləşəcək.
Expertlərin sözlərinə görə birgə səylə edilən mübarizənin nəticəsi Grum kimi botnetlərlə mübarizədə güclü mesaj oldu.
© 2011-2024 Bütün Hüquqlar Qorunur