Axtarış...

CERT.GOV.AZ CVSS(Common Vulnerability Scoring System) sisteminin azərbaycandilli versiyasını istifadəçilərə təqdim etdi.

Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) Yaponiyanın İT mütəxəsisləri ilə birlikdə yeni kompüterlərdəki boşluqların qiymətləndirilməsi üçün platformun CVSS (Common Vulnerability Scoring System) azərbaycandilli versiyasını hazırlayıblar. Sözügedən platforma kompüterlərdəki boşluqların təhlükəsizlik səviyyəsini müəyyənləşdirməyə və eləcə də onları müqayisəli olaraq qiymətləndirməyə və risk faktorunu müəyyənləşdirməyə kömək etmək üçün hesablanıb.

Hazırda İKT mütəxəssisləri müxtəlif proqram və aparat platformalarındakı boşluqları aşkar etməyə və onları emala yönləndirməyə çalışırlar. Çünki boşluqların müəyyənləşdirilməsi və emalı gələcəkdə onların hansılarının daha təhlükəli olduqlarını üzə çıxartmaq baxımından çox əhəmiyyətlidir. Beləki kompüter istifadəçilər onları gözləyən təhlükələrlə əvvəlcədən xəbərdarlıq edəndə qabaqlayıcı tədbirlər görməyə başlayırlar. Hazırda bütün dünya üzə istehsal edilən kompüter texnologiyalarında aradan qaldırılmalı olan boşluqların sayı çoxdur deyə, onlar müxtəlif şkalalar üzrə çeşidlənir. Məhz bu səbəbdəndir ki, boşluqları ümumi analiz üçün bir araya cəmləmək qeyri-mümkündür. Bu gün sözügedən boşluqları CVSS açıq sistemi vasitəsi ilə aradan götürməyə çalışılır.

Sistem bir sıra üstünlüklərə malikdir. Belə ki, onun köməkliyi ilə boşluqların standartlaşdırılmış qiymətləndirilməsi aparıla bilər. Şirkətlər boşluqların qiymətləndirilməsinin normalara salınmasından sonra onların idarə edilməsində vahid siyasətdən istifadə etmək mümkünləşir. Sözügedən siyasət üzə çıxan problemin tez və konkret şəkildə həll olunmasını özündə ehtiva edir. CVSS-dən istifadə hər kəsə zəifliyin fərdi xüsusiyyətlərini görməyə imkan verir. Sistemin köməkliyi ilə alınmış qiymətləndirilmədən real riski öyrənmək olar. Qeyd edək ki, Azərbaycan dilində yaradılan platforma artıq istifadəçilərin istifadəsinə təqdim olunub.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur