Axtarış...

Saytlara edilmiş kiber hücumlar haqqında məlumat

Saytlara edilmiş kiber hücumlar haqqında məlumat

16 yanvar 2012-ci il tarixdə saat 11:30 radələrindən başlayaraq bir sıra Azərbaycan saytlarına kiber hücumlar edilmişdir. Kiber hücumlar zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin data mərkəzində yerləşən 216 .gov.az domen adlı saytlara da hücumlar həyata keçirilmişdir. Yaradılmış mühafizə sistemlərinin dayanıqlığı və görülən təhlükəsizlik tədbirləri nəticəsində hakerlər hosting sisteminə daxil ola bilməmişlər və ümumilikdə saytların yerləşdiyi sistemlərdə problem olmamışdır, lakin hücumlar nəticəsində sistemdə yerləşən 7 saytın fəaliyyətində həmin saytların hazırlanma texnologiyasında aşkar edilmiş müəyyən boşluq səbəbindən problemlər yaranmışdır. Müdaxilələr tərəfimizdən qeydə alınmış və saytların fəaliyyəti bərpa olunmuşdur. Qeyd edək ki, son bir il ərzində hosting sistemə 9000-dən çox müdaxilə cəhdləri olmuş və bunların qarşısı alınmışdır.
Ümumiyyətlə dövlət orqanlarının veb səhifələrinin təhlükəsizliyini artırmaq məqsədilə müvafiq dövlət orqanları tərəfindən tədbirlər görülür. Belə ki, aidiyyatı dövlət orqanları ilə birlikdə “Dövlət orqanlarını internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair tələblər” layihəsi hazırlanıb baxılmaq üçün Nazirlər Kabinetinə göndərilmişdir. Hal-hazırda tərəfimizdən dövlət orqanlaının saytların tam audtinin aparılması və bu tələblərə uyğunlaşdırılması istiqamətində işlər aparılır.
 

© 2011-2024 Bütün Hüquqlar Qorunur