Axtarış...

Windows XP virus təhlükəsinə görə texniki dəstəyi itirəcək

 NetMarketShare - in tədqiqatları göstərir ki, Windows XP - yə təlabat getdikcə azalır, buna səbəb isə xakerlərin hücumlarının qarşısında onun qorunmasının gündən günə aşağı düşməsidir. Kompüterlər əvvəlki tək işləyəcək, lakin Microsoft daha təhlükəsizliklə bağlı yeniləmə paketi çıxarmayacaq. Bu isə o deməkdir ki, sistemlər haker hücumları təhdidi qarşısında aciz olacaq və bu problemi aradan qaldırmaq mümkün olmayacaq. Buna görə də Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi Windows XP istifadəçilərinin mümkün ən qısa müddətdə yeni əməliyyat sistemlərinə keçmələrinin vacibliyini vurğulayaraq onlara mövcud təhlükələr barədə xəbərdarlıq edir.

Bununla eyni vaxtda isə Windows 8.1 - in yeni versiyası isə müştərilərə etibarlı antivirus funksiyası təqdim edir. Microsoft Windows 8 bazasında olan kompyuterlərin sayının artması üçün hətta Windows 8-in yenilənməsini ödənişsiz etdi.

Security Intelligence Report Volume 15 hesabatında Windows 8 Microsoftun bundan öncəki əməliyyat sistemləri içərisində ən yüksək təhlükəsizliyə malikdir. Misal olaraq bildirmək istərdik ki, yoluxma səviyyəsinin ölçülməsində Windows XP 1000-dən 9.1, Windows 8 isə 1000-dən 1.6 göstərici topladı.

2014-cü ilin aprel ayının 8-də isə Microsoft tam olaraq proqram və antivirus dəstəyini Windows XP üçün məhdudlaşdıracaq.

© 2011-2024 Bütün Hüquqlar Qorunur