Axtarış...

Diqqət !!! Facebook-da boşluq aşkar edilmişdir.

 Fələstinli xaker Xalil Şritex "facebook-da tapılmış boşluqlar" proqramında istirak etmək istəyib. Belə ki, o boşluq aşkar edib, hansı ki, bu boşluğun köməkliyi ilə siz istənilən mövzunu, linki, şəkili sizin dostluğunuzda olmayan birisinin, hətta gizliliyə görə girişi bağlı olan profillərdə də istifadəçi "divarına" yaza bilərsiniz.

Boşluğu göstərmək üçün Xalil Mark Çukerberqin qrup yoldaşının divarına məktub yazır və bunu Facebookun təhlükəsizlik qrupuna göndərir. 

Təhlükəsizlik qrupunun proqramçıları onun bu boşluğu tapmasını nəzərə almırlar. Bir neçə istifadəçilərə məktublar yazan Xalil öz cəhdlərinin nəticəsiz olduğunu görüb ən son tədbirlərə əl atır. Bu dəfə o tapdığı boşluq haqqında Mark Çukerberqin divarına yazır. Məhz bundan sonra xaker təhlükəsizlik qrupunun diqqətini cəlb edir. Mütəxəsislər isə xakerə bu boşluqla bağlı eksploitin göndərilməsi tələb ediblər. Bundan sonra xakerin Facebook profili deaktiv olunub və səbəb olaraq isə onun istifadəçi qaydalarını pozduğu göstərilib.

© 2011-2024 Bütün Hüquqlar Qorunur