Axtarış...

Diqqət !!! WhatsApp haqda nələri bilmirik ?!

Qısa tarixi arayış

Yahoo şirkətində çalışan 2 gənc mütəxəsisə 20 il kifayət etdi ki, hal-hazırda dünyada ən məşhur olan WhatsApp - ı yaratsınlar. 2009-cu ildə yaradılmış WhatsApp kifayət qədər sürətlə inkişaf edərək Blackberry Messenger - i, 2012-ci ilin iyunundan etibarən isə Facebook Messenger - i geridə qoydu. 

WhatsApp - sms-lərin əvəzedilməsi ilə özünə mövqe tutan tətbiqetmədir. iOS, Android, Blackberry, Symbian, Series 40, Windows Phone, J2ME kimi əməliyyat sistemlərində işləmə gücünə malikdir. WhatsApp faktiki olaraq Jabberdi, harda ki, telefon nömrəsi istifadəçi adı əvəzinə işlənir. Telefon nömrə siyahınız isə birbaşa olaraq WhatsApp - a qoşulur.

               

Statistika

2013-cü ilin iyul ayının statistikasına əsasən gün ərzində 27 milyarda qədər məktub yazışmalar qəbul olunmuşdur. İstifadəçilərin dəqiq sayı heç bir kütləvi informasiya vasitələrində yayılmamışdır.

Texniki məlumatlar

WhatsApp modifikasiyalı XMPP ( Extensible Messaging and Presence Protocol ) protokolu istifadə edir. Yükləmə zamanı s.whatsapp.net serverində akkaunt yaradılır. Androidlə işləyən versiyalarda şifrələmə MD5 ilə aparılır.

Multimedia əsaslı məktublarda şəkillər, səslər və video HTTP serverə göndərilir və həmin obyektə link verilərək Base64 ilə şifrələnir. 2012-ci ilin avqust ayınadək yazışmalar şifrələnmə olmadan göndərilirdi. Bu isə sonluq olaraq session hijacking hücum vasitəsinin yaranmasına gətirib çıxarırdı.

Maraqlı faktlar

WhatsApp - ın server proqram təminatı Erlang - da yazılıb. 2012-ci ilin yanvarınadək isə WhatsApp serverlərinə FreeBSD əməliyyat sistemləri quraşdırılmışdır. Həmin serverlər 96 Gb əməli yaddaş ilə təchiz olunmuşlar. Belə ki, hər bir Gb əməli yaddaş 1-2,8 milyon əlaqəni birləşdirirdi.

© 2011-2024 Bütün Hüquqlar Qorunur