Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) bütün istifadəçilərə xüsusən də dövlət qulluqçularına mobil qurğularla ehtiyatla davranmağı tövsiyə edir.
Mobil qurğu istifadəçiləri şəxsi konfidensial məlumatların yayılmasından, virusa yoluxmadan ehtiyat etmək məqsədi ilə zəruri olmayan applikasiyaları (tətbiqləri) mobil telefonlarına yazmaqdan çəkinməlidirlər. İstifadəsi zəruri olmayan tətbiqlər isə mobil qurğulardan silinməlidir. Hər hansı mobil tətbiq endirilərkən və mobil qurğuya quraşdırılarkən istifadəçi razılaşmasına (user agreement) diqqət yetirmək, onu diqqətlə oxumaq, hansı informasiyalara müdaxilə icazəsinin olduğuna diqqət yetirmək vacibdir! Çünki mobil tətbiqlər quraşdırılarkən istifadəçi razılaşması vasitəsiylə sizin konfidensial məlumatlarınızı əldə etmək barədə sizdən icazə istəyir. Bir çox hallarda isə istifadəçilər buna diqqət etmədən istifadəçi razılaşmasını oxumadan "quraşdır" düyməsini vuraraq birbaşa quraşdırma əməliyyatıına keçir.
Mobil tətbiqlərdən istifadə edirsinizsə, mobil qurğularda internet traffikinə nəzarət hissəsində mövcud olan vasitələrdən istifadə edərək istifadə etdiyiniz mobil tətbiqlərin arxa fonda məlumat mübadiləsinə qadağa qoyun. Mobil antiviruslardan istifadə edin. Mobil qurğuları yaddaş diski kimi istifadə edib, konfidensial məlumatlarınızın daşınması və ya saxlanması üçün istifadə etməyin. Mobil qurğulardan e-mail poçtunuza daxil olmayın. Bir çox spam applikasiyalar sizin qoşulmuş olduğunuz e-mail poçtunuzdan spam məqsədi ilə istifadə edə bilər.
Ən təhlükəli icazə səviyyələri:
Access SMS/MMS - mesajların oxunması və ya sizin adınızdan mesaj göndərmə
Access Photo/Video/Voice - şəkil, video və səs yazılarına icazə
Record Audio/Video - mobil qurğunuzun kamerasından və ya mikrafonundan istifadə etməklə sizi dinləmək və məlumat yığmaq
Access Browser History - internetə giriş üçün istifadə etdiyiniz browserin yaddışına icazə, yani - girdiyiniz saytların siyahısı o cümlədən istifadə etdiyiniz parollar
Track location - GPS sistemini açıq saxlayaraq sizi izləmə funksiyası
Access Contacts - telefon kitabçasına icazə
Access Identity - mobil qurğu haqda məlumatın əldə edilməsinə icazə
© 2011-2024 Bütün Hüquqlar Qorunur