Axtarış...

Wi-Fi təhlükəsizliyi

Wi-Fi təhlükəsizliyi, şəbəkələrin etibarlı və müstəqil istifadə edilməsi, habelə riskləri və təhlükələri idarə etmək məqsədilə tətbiq edilən tədbirlər və prosedurları ifadə edir. Təhlükəsiz Wi-Fi şəbəkəsi, şəbəkədən xarici müdaxilələr və ya gizli məlumatların qorunmasına yönlənən digər təhlükələrə qarşı müdafiə mexanizmini həyata keçirən zəruri elementləri özündə ehtiva edir.

Wi-Fi təhlükəsizliyinizi artırmaq məqsədilə bir sıra tədbirlər görülməlidir:

 

  • Şəbəkə adı gizliliyi (SSID): Wi-Fi şəbəkənizin adını (SSID) gizlətməyə çalışın. Bu, şəbəkənizin aşkar edilməsinə və arzuolunmayan girişlərdən qoruyar.
  • Wi-Fi şifrəsi: Mürəkkəb kombinasiyalardan ibarət şifrə generasiya edin. Mürəkkəb və güclü şifrə düzgün şəkildə tənzimlənməli, mümkün qədər çətin və qarışıq hərf, rəqəm, simvollardan yaradılmalıdır. Bununla yanaşı etibarlı şifrə idarəetmə proqramlarına da (https://cert.gov.az/az/password-generator) müraciət edə bilərsiniz.
  • WPA3: Əgər şəbəkə təchizatınız Wi-Fi Protected Access 3-ü (WPA3) dəstəkləyirsə, ondan istifadə tövsiyyə olunur. Belə ki, WPA3 daha əvvəl istifadə olunan WEP (Wired Equivalent Privacy), WPA, WPA2 protokollarından daha güclü təhlükəsizlik tədbirləri təmin edir.
  • MAC ünvan fiiltrasiyası: Simsiz ruterdə MAC ünvan filtri qura bilərsiniz. Bu, yalnız müvafiq MAC ünvanlarına sahib cihazların şəbəkəyə qoşulmasını təmin edir.
  • VPN istifadəsi: Etibarlı Virtual Private Network (VPN) istifadə edərək, internet trafikinizi şifrələyərək gizli və təhlükəsiz bir şəkildə fəaliyyət göstərə bilərsiniz.
  • Təhlükəsizlik divarı (firewall) tədbirləri: Simsiz ruterinizdə təhlükəsizlik divarı qura bilərsiniz. Bu tədbir, potensial zəifliklərə qarşı müdafiə mexanizmi yaradaraq şəbəkənizi potensial təhdidlərdən qoruyacaqdır.
  • Qurğu-proqram təminatı (firmware) yeniləmələri: Ruterinizin qurğu-proqram təminatı yeniləmələri mütəmadi edilməlidir. Bu metodla, siz yeni təhlükəsizlik yamaqlarını və funksiyalarını əldə edə bilərsiniz.
  • Şəbəkə təhlükəsizlik təcrübələri: İnternetdə fəal olduğunuz zaman şəbəkənizi qorumaq və fərdi məlumatlarınızın gizliliyini təmin etmək məqsədilə təhlükəsizlik prinsiplərinə riayət etməlisiniz. Təhlükəsizliyinə əmin olmadığınız, şübhəli veb-saytlara keçid etməkdən, habelə açıq Wi-Fi şəbəkələrindən istifadədən çəkinin.
  • Qonaq şəbəkələri: Əgər evinizdə və ya iş yerinizdə qonaqlarınız varsa, onlar üçün xüsusi bir qonaq şəbəkəsi yaratmağınız faydalı olar. Bu, onları əsas şəbəkənizdən izolə edərək təhlükəsizliyi artırar.

 

Wi-Fi təhlükəsizliyi, fərdi məlumatların və şəbəkənin müdafiəsi üçün əhəmiyyətli bir tədbirdir. Bu tədbirləri tətbiq edərək şəbəkəni daha etibarlı və təhlükəsiz edə bilərsiniz.

© 2011-2024 Bütün Hüquqlar Qorunur