Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin  saxta “Whatsapp” tətbiqləri ilə bağlı növbəti xəbərdarlığı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saxta “Whatsapp” tətbiqləri ilə bağlı növbəti xəbərdarlığı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta “Whatsapp” tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edir. Belə ki, saxta “Pink Whatsapp”, “Whatsapp+” kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən istifadə edilməsi ilə “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədi ilə yaradılır.

Təəssüflə bildirmək lazımdır ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 26 aprel 2021-ci il tarixində (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq saxta  Whatsapp” tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu “Kaspersky Laboratoriya”sının oktyabr 2023-cü il tarixi üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta “Whatsapp” tətbiqi yükləyənlərin sayına görə  45,64% ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir.

posts/2024/01/fZESVMu8pemYFkDNLngSK9vBpujBHAe8abZVKSvV.jpg

 

Bütün TV və media nümayəndələrini vətəndaşları belə təhlükələr barədə məlumatlandırmada və maarifləndirmədə yaxından iştirak etməyə dəvət edir, vətəndaşlara saxta tətbiqləri yükləməməyi tövsiyə edirik!

© 2011-2024 Bütün Hüquqlar Qorunur