Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi SOC Analyst vakansiyası üzrə işçi qəbulu elan edir.


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi "SOC Analyst" vakansiyası üzrə işçi qəbulu elan edir.

SOC

Bu istiqamət üzrə bilik və təcrübəsi olan, ali təhsilli və hərbi mükəlləfiyyətli şəxslər CV-lərini cv@cert.gov.az mail ünvanına göndərə bilərlər. Namizədlərdən əsasən aşağıdakı bilik və bacarıqlar tələb olunur:

  • Kibertəhlükəsizlik məhsulları ilə bağlı təcrübə (EPP, EDR/XDR, DLP, PAM, NGFW, WAF, SIEM, Mail Security və s.);
  • Cari təhlükə və hücumları aşkar etmək üçün SIEM-də qaydalar, hesabatlar və panellər hazırlamaq;
  • SOAR məhsulunda mövcud playbook-ları daimi nəzərdən keçirmək və MITRE ATT&CK modelinə əsasən yeni senarilər hazırlamaq;
  • IPS/IDS-dən, TI (təhdid kəşfiyyatı) xidmətlərindən və digər mənbələrdən daxil olan loqları təhlil etmək;
  • İnformasiya təhlükəsizliyi insidentlərinə operativ şəkildə müdaxilə etmək və onların idarə olunmasını həyata keçirmək;
  • Komandada işləmə bacarığı və növbəli iş qrafikinə uyğunluq.

Sahə üzrə sertifikatları olan və xarici dil bilikləri yaxşı olan namizədlərə üstünlük verilir.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur