Axtarış...

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində iyul ayı üzrə növbəti vebinar başlayır

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində iyul ayı üzrə növbəti vebinar başlayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində İyul ayı üzrə 31.07.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Rəqəmsal dünyada hüquqi savadlılıq” mövzusuna həsr olunur.

Vebinarda müəllif hüquqları və rəqəmsal kontentin qanunvericiliyə uyğun istifadəsi, rəqəmsal platformalarda istifadəçilərin hüquq və öhdəlikləri, onlayn davranış qaydaları və hüquqi məsuliyyət mövzuları barədə ətraflı məlumat veriləcək.

  • Məruzəçi:
    Elgin Abdullayev - XRİTDX-nin şöbə rəisi


Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

 

© 2011-2026 Bütün Hüquqlar Qorunur